Mercedes-in yeni modelini istifadə etmək üçün sükana ehtiyac yoxdur! Hər keçən gün görünüşü bir-birindən fərqli avtomobil dizaynları ilə qarşılaşırıq. Bu xəbərimizə mövzu olan avtomobil xarici dizaynı ilə deyil, içindəki çox böyük bir dəyişikliklə xəbərimizə mövzu oldu.
Mercedes-in yeni hazırladığı SCL600 modelli avtomobilində nə sükan, nə qaz pedalı, nə də bir əyləc pedalı var. Ağılınıza bu sual gələ bilər: "Bəs bu avtomobili necə istifadə edəcəyik?" Bu problemin cavabı isə avtomobilin içinə qoyulmuş bir joystick-də gizlidir. Əyləc, qaz pedalı və sükanın xüsusiyyətləri bir joystick-də toplanmışdır.
Gələcəyin avtomobillərini həmişə görünüşləri bu günkü avtomobillərə heç bənzəməyən uçan avtomobillər olaraq düşünürük. Lakin bu dizayndan da aydın olacağı kimi dəyişiklik yalnız görünüşə deyil, istifadəyə də əks olunacaq.
|