Allah ürəyimdədir
Yer üzündə ən məşhur incəsənət əsərlərinə baxin.Siz onun künclərinin birində müəllifin cox balaca imzasini görəcəksiniz.Belə ki,hər bir usta öz müəllifliyini təsdiq etmək ücün əsərində imza qoyur.İnsan-bütün yaradılmışların içərisində ən dahi əsərdir.Deməli,o da özündə onu Yaradanın imzasını gəzdirməkdədir. Bəli,belə bir imza vardır!Və insan onu ürəyinin əngizli güşəsində saxlayır. Əlimdə,təbabət xəritəsini vərəqləyərkən,mən bir fotoşəkilə rast gəldim,məni fikir götürdü.Burada təsvir olunmuş ürəkdə,”Allah”yazılmışdı.Fikirləşdim ki,belkə bu menim xəyalıma gəldi. Mən diqqətlə şəkilə baxdım. Yazı sanki xəttatın əlindən çıxmışdı,dəqiq və aydın.Sübhələrə son qoymaq ücün mən divardan asılmış şəkilə baxdım,orada da “Allah”sözü aydın nəzərə çarpirdi.Bu yazini atlasdakı ilə müqayisə etdikdə mən əmin oldum ki,bunlar bir-birilə eynidir.Ürəkdə yazılmış “Allah”sözündə bir dənə də səhv yox idi. Bəli,beləliklə mən illərlə axtardığımı,bunu mövcudluğuna qətiyyən şübhəm yox idi,nəhayət ki,avropalıların hazırladığı xəritədə tapdım.Onu əlimdən qoymadan,mən beynimdəki ən çətin suallara cavab axtarmağa başladım. Bu yazı təsadüf ola bilərdimi?Təkcə bu şəkildəmi o təsvir olunmuşdur?Mənə əzab verən suallara mən ancaq cerrahliq yolu ilə ürəyə şəxsən baxmaqla cavab tapa bilərdim. Həqiqətən də,bir az sonra mənim cərrahlıq əməliyyatımın nəticələri göstərdi ki,hər bir ürəkdə belə bir yazı vardır. Ola bilər elələri tapilacaq ki,dodaqlarını iztehzali tərzdə büzəcəklər.Amma heç ne edə bilməzsən.İlahinin möhürü hətta buna sübhə edənlərin də ürəyində vardır. Ürək özünün hər bir döyüntüsündə “Allah” sözünü zikr edərək bütün kainata səs salır. Buna bənzər hadisələr tək deyil ve canlılar,özündə bu möhürü gəzdirən-bütün kainatın hakimi olan Allahı xatırladır.Bunu başa düşmək üçün,gözlərini geniş açıb ətrafa diqqətlə baxmaq kifayətdir.
|