1.Nənəcan,necə bilim ki,mən sevirəm. Çox asan.Yadındadır siz necə tanış olmusunuz?
Əlbəttə!Mən təkcə tanışlığımızı deyil,hətta hər bir görüşümüzü xatırlayıram:necə ilk dəfə gülümsədik bir-birimizə,necə əl-ələ tutduq.Hətta ona nə danışdığım,hansı sözlərinə güldüyüm,görüşə necə hazırlaşdıgım belə yadımdadır:gözəl görünmək üçün hansı paltarı geyinmişdim,o da yadımdadır.Bu sevgidir?
Yox,qızım,bu sevgi deyil.Sevgi olsaydı sən onun nə geyindiyini xatırlayardın.Özünü yox.
2.Nənəcan,mənə başa sal,ayrılıq nə vaxt baş verir? Bəlkə ümidlərinin puç olmamasını görməmək üçün elə ilk gecədən sonra ayrılmaq yaxşıdır?
Yoxsa hər şeyin adiləşməsini gözləmək,ayrılığın ağrılı olmaması üçün uzun müddət birgə yaşayıb sonra ayrılmaq yaxşıdır?
Burda hər şey çox sadədir.Müəyyən vaxt təyin edib ona əsasən ayrılmırsan.Ondan tez qalxıb onunçün səhər yeməyi hazırlamağı istəməyəcəyin ilk səhərdə ayrilmağin məsləhətdir.
3.Nənəcan,mən hələ də onu unutmamışam,yuxularımdan çıxmır. Keçən ilki qarı xatirla,mənim balam.
Axı qarın bura nə dəxli var?Səndən məsləhət istəyirəm. Mən də məsləhət verirəm.Əgər hələ də qəlbin ağrıyırsa,hələ də içindən sızlayırsansa keçənilki qarı xatırla.Və hər şeyə də belə yanaş.Qarı yayda qorumaq mümkün deyil,əriyib gedəcək.Amma mütləq yeni qar yağacaq.Bunu zamanın öhdəsinə burax,yeni,təmiz,ilk qarın yağmasını gözlə.Darıxdığın zaman özünçün təkrarla:Keçən il yağan qar əriyəcək.Mütləq. 4.Nənəcan,mən öz sevgim uğrunda mübarizə aparacam.Onu heç kimə verməyəcəm.Təslim olmayacam.
Əziz qızım,məktəblilərin oynadığı bir oyun var,yadındadırmı?Bir neçə nəfər stulun ətrafında qaçır,qalib musiqi qurtaran an ən tez stulda oturan olur.Sən axı bu oyunu oynamaq istəyirsən.
Bir stulun ətrafında iki nəfərin,bəzən hətta üç nəfərin hiyləgərlik edərək irəli keçməyə çalışması,çox vaxt da ətrafdakıların gülüş hədəfinə çevrilərək qaçması nəyinizə lazımdır.Ətrafına bax,gör nə qədər boş stul var.Sən axı böyümüsən,uşaq oyunları oynamaq vaxtın deyil.
5.Nənəcan,niyə mənə belə ağrılı,əzablıdır?Mən onu hər şeyə qısqanıram.Adi bir qadın adına da.O telefonu açmayan kimi fikirləşirəm ki yəqin başqasıyladır.Hansı qız haqda danışırsa təsəvvür edirəm ki,nəsə olub aralarında.Keçmiş qızlarına,dostlarına,iş yoldaşlarına,təsadüfi tanışlarına qısqanıram.Necə edim ki özümə əzab verməyim bu fikirlərlə?
Qısqanclıq aldadıcı hissdir.Sən qısqanmırsan,sən itirməkdən qorxursan.Amma sən qorxma- çünki bu mənasızdır.Çünki qısqanclığa əsas yoxdursa qısqanmaq axmaqlıqdır,əgər əsas varsa,artıq qısqanmaq gecdir. 6.Bütün kişilər eynidir!Nənəcan,o ağzını açan kimi mən artıq bilirəm ki,nə deyəcək.Özünü necə aparacaq.Hansı lətifələri danışacaq,Necə gülümsəyəcək.
Sən haqlı deyilsən.Bütün kişilər fərqlidir.Sadəcə oxşar kişiləri biz seçirik.Əgər sənə ciddi,ev adamı lazımdırsa niyə darıxdırıcı birinə rast gəlməyindən,bütün günü evdə oturub heç yerə çıxmadığından şikayətlənirsən?
Əgər sən hamının sevimlisi olan birini seçirsənsə onu dostlarıyla,rəfiqələrinlə bölüşməli olduqda təəccüb eləmə.
Əgər romantik seçirsənsə çiçəklər,şampanski,şam işığından əlavə depressiyalara,arabir onun yox olmasına da hazır olmalısan.
Qaya kimi möhkəm,divar kimi etibarlı,güvənə biləcəyin birini seçirsənsə bu dörd divarın arasında azadlığa qapı tapa bilməyəcəyinə də təəccüblənmə.Qadınlar özləri oxşar kişilər seçir,sonra da deyinirlər ki onların hamısı eynidir.
7.Nənəcan mən ondan ayrılmaq istəyirəm,bilmirəm necə deyim ki xətrinə dəyməsin,Axı onu incitmək istəmirəm.O çox yaxşıdır,belə münasibətə layiq deyil.Necə deyim ki artıq hər şey bitib?
Yadda saxla ki,ayrılan zaman son dediyin cümlədə o acıq yox,sənə bəxş etdiyi xoş anlara görə minnətdarlıq hiss etməlidir.Axı nə zaman sən yadına düşsən mütləq ayrılığınız da yada düşəcək.İstəyirsənsə səni nifrətlə deyil,təbəssümlə xartırlasın münasibət aydınlaşdırmağa çalışma.Bircə cümlə de:Səni sevmək üçün artıq mənə sənin varlığın lazım deyil.Və çıx get.
8.Nənəcan mən bilmirəm necə edim?Bəlkə hər şeyi ona danışım.Düzdür elə bir şey də yoxdur,amma birdən o bildi?Bu elə də ciddi bir hadisə deyil,amma demək də istəmirəm.Amma mən özüm onunla düz,səmimi olmasam necə ondan səmimilik,düzlük tələb edə bilərəm? 3 əsas şərti həmişə yadda saxla:
Birinci-Heç vaxt onu aldatma!
İkinci-Heç vaxt ona xəyanət etmə.
Üçüncü-Əgər aldatmısan və ya xəyanət etmisənsə heç vaxt bunu ona danışma.
Bir də,ən əsası sənə necə sərf etməyindən asılı olmayaraq axırıncı qaydanı əvvəlki iki qaydadan sonra tut.
9.Nənəcan,mən başa düşə bilmirəm,o birdən yoxa çıxıb.Hər şey elə yaxşı idi ki.Amma birdən heç nə izah etmədən yoxa çıxdı.Mən onu görmürəm,zəng də etmir.Bəlkə nəsə olub,nədəsə xətrinə dəymişəm.Bəlkə zəng edim,danışım,aydınlaşdırım?
Dəyməz,qızım.Axı sən özün də cavabı çox gözəl bilirsən,özünə etirtaf etmək istəmirsən.O zəng etmir?Cavab çox sadədir,çünki istəmir.Yadda saxla,əgər qadın kişi üçün maraqlıdırsa o itməyəcək,haradasa özünü göstərəcək.Zəng edəcək,təsadüfi görüşlər fikirləşəcək.Əgər o istəyirsə heç bir səbəb,hətta ən ciddisi belə onu saxlamayacaq.
Əgər sən onu yalan danışmağa məcbur etmək istəmirsənsə heç nə soruşma.Əgər həqiqəti eşidərək özünü daha çox əzab çəkdirməyə səbəb gəzmirsənsə yenə də soruşma.Sən onsuz da cavabı bilirsən. Burda bir çox suallar mənim cavab axtardığım suallardır.Nenenin kömeyi ile cavab tapmağa çalışmışam.10-cu sualı yazmadım,sizinçün saxladım.Siz hansı suala cavab tapmaq isteyerdiniz?Öz sual ve cavab variantınız varsa yaza bilersiniz.