.-.

Menyu

Ses ver
Sayt necədir?
Bütün cavablar: 3363

Ulduz ol
Adı: Tural
İstifadeçi adı: yuve_1372
Ünvan: Bakı
Telefon: (070)3491967
Senin de şeklinin burda olmağını isteyirsense goldage@box.az ünvanına mektub yazın.

Forum
Forumda Moderatora ehtiyac var. Moderator olmaq isteyen varsa goldage@box.az ünvanına mektub göndere biler.

 

 

Baş sehife » Files » Letifeler ve Aforizmler Xeber elave et ]

Atalar sözleri
[ ] 2008-11-20
1.Ölmək asandır , yaşamaq çətin.
2.Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı!
3.Düz söz Allahı sevindirər, bəndəni qəzəbləndirər.
4.Ilanın yarpızdan zəhləsi gedir, yarpız da yuvasının ağzında bitər.



5.Nə qədər ki, suya düşməmisən üzməyi öyrənməyəcəksən.
6.Çox yeyəndə ağzın dadı, çox danışanda sözün dadı.
7.Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi.
8.Hirsin əvvəli ağılsızlıq, axırı peşmançılıqdır.
9.Vətənsiz adam qanadsız quş kimidir.
10.Iki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.
11.Istirahət zəhmət üçün mükafatdır.
12.Dəmiri nəm çürüdər,
Insanı qəm çürüdər.
Dərd var gələr keçər,
Dərd var dələr keçər.
13.Suda boğulanı xilas edəndə tələb edir ki, batan şeylərini də çıxartsınlar.
14.Dostluq alınmır, qazanılır!
15.Başmaq qızıldan da olsa ayağa geyirlər.



16.Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
17.Dəvəquşuna deyirlər:
-“Yük apar”,
- deyir: “Mən quşam”.
Deyirlər:
“Uç”,
- deyir “Mən dəvəyəm”.
18.Amandır, qorx o adama zülm etməkdən ki, Allahdan başqa köməyi yoxdur.
19.Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ən yumşaq ilik belə ən sərt sümüyün içindən çıxır.
20.Əgər Allah istədiklərimizi verməz olsaydı, heç istəmək hissini də verməzdi.
21.Kin və nifrət insana verilməyib ki, o başqa insanlara kin və nifrət bəsləsin. Bəlkə ona görə verilib ki, insan özündə olan kin, nifrətə kin bəsləsin, nifrət etsin.
22.O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o alimdir, ona ehtiram edin. O adam ki, bilir və biliyinə güvənmir, o özündən xəbərsizdir, onu tənqid edin. O adam ki, bilir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır, ondan uzaq olun.



23.Qadının təmiz adı, o qədər zərif, o qədər safdır ki, hətta mehdən belə qorunmalıdır.
24.Keçmiş geri dönməz, gələcəyinin qayğısına qal.
25.50-60 il yaşamaq üçün bu dünyaya gəlir və ömrümüzü özümüzün də, başqalarının da unudacağı şeyləri düşünməklə keçiririk. Halbuki biz həyatımızı böyük işlərə, böyük amallara həsr etməliyik. Çünki həyat uzun sayılmayacaq qədər qısadır.
26.Varlı olduğun anda, kasıbları, güldüyün anda, ağlayanları. Sevdiyin anda, sevməyənləri. Tox anında acları düşün. Çünki, Tanrının işini bilmək olmur. Elə olar ki, sən də onların vəziyyətinə düşərsən.
27.Dostum düşmənimdi, çünki ən zəif nöqtələrdən vurmağı da o bilir.
28.Heç vaxt heyfislənmə ki, çiçəyin tikanları var, sən sevin ki, tikanın çiçəkləri var.
29.Xoşbəxt o kəsdir ki, özündən başqalarının da nəsihətinə qulaq asar.
30.Unutma hər qaranlıq gecənin bir günəşli sabahı var!

Dəyərli fikirlərinizi bildirməyi unutmayın...
 Letifeler ve Aforizmler | Muellif: Admin |
Baxış sayı: 4307 | Yüklenib: 0 defe | Şerhler: 0 |
Bütün şerhler:
 0

 

 
 
Only registered users can add comments.
[ Registration | Login ]
 
İstifadeçi paneli


Ramil












Statistika


Online 1
Qonaqlar 1
İstifadeçiler 0

 
Saytda reklam vermek isteyen goldage@box.az ünvanina mektub yazib göndere biler.

Status
Bu saytda 20-ci istifadeci
ler qrupuna,50-ci istifadeci
ler qrupuna,100-cu istifadeci
 
ler qrupuna daxil olacaq. Nezerinize catdirim ki,her qrupun özüne göre selahiyyetleri var.

Istifadeci
 Bu sayta 10 xeber elave eden istifadeci , 25 xeber elave eden istifadeçi , 50 xeber elave eden istifadeçi ise ler qrupuna daxil olacaq.


17 Noyabr 2008