.-.

Menyu

Ses ver
Sayt necədir?
Bütün cavablar: 3380

Ulduz ol
Adı: Tural
İstifadeçi adı: yuve_1372
Ünvan: Bakı
Telefon: (070)3491967
Senin de şeklinin burda olmağını isteyirsense goldage@box.az ünvanına mektub yazın.

Forum
Forumda Moderatora ehtiyac var. Moderator olmaq isteyen varsa goldage@box.az ünvanına mektub göndere biler.

 

 

Baş sehife » Files » Din Xeber elave et ]

Hezreti Mehemmed Peyğemberin zarafatları
[ ] 2008-12-09

  

İctimai münasibətlərdə önəmli yerlərdən birini zarafat tutur. Bəzən hansısa fikrimizi incə şəkildə çatdırmaq üçün, bəzən isə sadəcə başqalarının könlünü açmaq üçün xoş zarafatlardan, yumordan istifadə edirik. Zarafat sözü «zərafə» (zəriflik, incəlik) kökündən gəlir və bu da onu göstərir ki, zarafat incə və zərif eyham deməkdir. Bəzən zarafat adı altında yalan danışır, başqalarını təhqir edir, insanların qəlbini qırırıq. Təbii ki, bu cür «zarafatları» incə adlandırmaq olmaz və bunlar İslamın da ruhuna ziddir. Bəs görəsən sevimli Peyğəmbərimizin (s.ə.s.) zarafata münasibəti necə olub və ümumiyyətlə hər hərəkətiylə müsəlmanlara örnək təşkil edən bu kamil insan nə cür zarafat edib?

Siyər kitablarından və hədis mənbələrindən məlum olduğuna görə, Həzrəti Rəsulullah incə zarafatları sevməklə yanaşı, özü də bəzən zarafatlar etmişdir. Vaxtaşırı etdiyi zarafatlarla zarafatın İslam ədəbiyyatında yer almasına və inkişaf etməsinə səbəb olan Hz Peyğəmbərin zarafatları incə, ürəkaçan və xoş olmuşdur. Belə ki, bir dəfə onun zarafatını görən Əbu Hureyrə çaşıb qalmış, «Ya Peyğəmbər, sən bizimlə zarafat edirsən?» deyə soruşmuşdur. Həzrəti Peyğəmbər belə cavab vermişdir: «Bəli, mən zarafat edirəm, amma yalnız həqiqəti söyləyirəm».

Bu nüans olduqca böyük önəm kəsb edir. Zarafatda belə yalan danışmaqdan çəkinmək lazımdır. Hz Peyğəmbər zarafat edərkən bir sıra başqa qaydalara da riayət etməli olduğumuzu bidirmişdir. Hədislərdə bu qaydalar bu cür sadalanır:

- zarafatı yalan və uydurma sözlər söyləyərək, müəyyən mənada insanlara mənən zərər verəcək şəkildə etməmək;

- zarafat ilə də olsa, başqasının malını mənimsəməmək (Bir hədisdə Hz Peyğəmbər belə buyurur: «Biriniz əsla qardaşının əsasının nə zarafatla, nə də ciddi olaraq götürməsin. Kim götürübsə qaytarsın»),

- kimisə qorxutmamaq, narahat etməmək (bu cür zarafat bu hədislə qadağan edilmişdir: «Səhabələr bir dəfə Hz Peyğəmbərlə səfərə çıxırlar. Bu ərəfədə bir nəfər yatır. Digərləri zarafatla onun üzünə ip atırlar. Həmin adam diksinərək oyanır. Bunu görən Hz Peyğəmbər belə buyurur: «Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyil»).

H601;zr601;ti Pey287;601;mb601;rin (s.601;.s) zarafatlar305;



Hz Eli (e.s.) yumora insan psixologiyası baxımından yanaşaraq bu sözleri ile zarafata teşviq etmişdir: «Bədənlər yorulduğu kimi, könüllər də yorulur və usanır. Qəlblərinizi dincəldin və ona aparan hikmət yollarını axtarın».

Həzrəti Peyğəmbər çox ince bir yumor hissine sahib olduğu üçün uşaq, genc, yetkin ve yaşlı her kesle zarafatlar etmişdir. O, neveleri Həzrəti Həsən ve Hüseyn ile, uşaqlağından etibaren uzun müddet yanında qalan Enesle zarafatlaşmışdır. Cabirin revayet etdiyine göre, Hezreti Peyğember Hesen ve Hüseyni öz beline mindirir, dizlerinin üstünde gezerek «Deveniz ne gözel deve, siz de ne gözel minicilersiniz!» deyerek onları gezdirirmiş. O, on yaşından etibaren Enesi «Zu'l-uzneyn» (İki qulaqlı) leqebi ile çağıraraq zarafat edirmiş. Həzrəti Peyğəmbər uşaqlarla zarafatlaşdığı kimi, bir aile başçısı olaraq ailesi ile tek qalanda onlarla da zarafatlaşırmış.

Hezreti Peyğemberin zarafatlarında heç vaxt cüzi de olsa yalan olmayıb. Zarafatda bele ancaq heqiqeti söyleyib. Bir gün döyüş üçün ondan deve isteyen bir sehabeye «Seni deve balasına mindireceyem» deye cavab verir. Onun teeccüblendiyini gördükde gülümseyir ve «Bütün develer başqa bir devenin balası deyilmi?» deyerek zarafat etdiyini bildirir.

Həzrəti Peyğəmbər sehabelerle zarafatlaşdığı kimi, bezen sehabeler de onunla zarafat edermişler. Hezreti Peyğember ise onların bu zarafatlarına tebessümle ve ya başqa bir zarafatla cavab verermiş. Tebuk seferinde Avf ibn Malik kiçik bir deri çadırda olan Hezreti Peyğemberin yanına gelerek salam verir. Hezreti Peyğember onun salamını alaraq: «Gel içeri» deyir. O ise «Bütün bedenimle, yoxsa yarısıyla, ya Resulullah» deye soruşur. Həzrəti Peyğəmbər «Beli, bütün bedeninle» deye cavab verir.

Hezreti Peyğemberi her meselede özlerine örnek alan sehabeler öz aralarında da zarafatlaşmışlar.

H601;zr601;ti Pey287;601;mb601;rin (s.601;.s) zarafatlar305;

Çox vaxt bəzi hədislərin zahiri mənası ələ alınaraq İslamda zarafata yer olmadığını söyləyənlər olur. Halbuki hədislərdə insanın vüqarını və ciddiyyətini ayaqlar altına atacaq formada edilən zarafat pislənmişdir. Məsələn bir hədisdə belə buyurulur: «Dostunla mübahisə etmə və zarafatlaşma!». Eyni şəkildə qəhqəhələrlə gülməyi qadağan edən rəvayətər də vardır: «Çox gülmə, çünki çox gülmək qəlbi öldürür». Həzrəti Əli (ə.s) -nin bu sözləri də yuxarıdakı hədisləri dəstəkləməkdədir: «Çox zarafat ciddiyyəti azaldır. Kimin zarafatcıl xasiyyəti daha qalib gəlsə ağlı fəsada uğrayar, kim çox zarafat etsə ciddiyyəti yox olar». Bütün bu rəvayətlərə baxdıqda insanın ciddiyyətini yox edən və ona yüngül yanaşan, kin və ədavətə səbəb olan zarafatın qadağan olunduğu, digər hallarda isə izin verildiyi məlum olur. Çünki yaşadığı dövrdə insanların ən gülərüzlüsü olan Həzrəti Peyğəmbər zarafatı qadağan etmək bir yana, bir psixoloq kimi onun bir ehtiyac olduğunu vurğulamışdır, özü də şəxsən zarafat edərək zarafatın bir ehtiyac olduğunu göstərmişdir.

Fikirlərinizi bildirməyi unutmayin...
 Din | Muellif: Admin |
Baxış sayı: 11406 | Yüklenib: 0 defe | Şerhler: 0 |
Bütün şerhler:
 0

 

 
 
Only registered users can add comments.
[ Registration | Login ]
 
İstifadeçi paneli


Ramil












Statistika


Online 1
Qonaqlar 1
İstifadeçiler 0

 
Saytda reklam vermek isteyen goldage@box.az ünvanina mektub yazib göndere biler.

Status
Bu saytda 20-ci istifadeci
ler qrupuna,50-ci istifadeci
ler qrupuna,100-cu istifadeci
 
ler qrupuna daxil olacaq. Nezerinize catdirim ki,her qrupun özüne göre selahiyyetleri var.

Istifadeci
 Bu sayta 10 xeber elave eden istifadeci , 25 xeber elave eden istifadeçi , 50 xeber elave eden istifadeçi ise ler qrupuna daxil olacaq.


17 Noyabr 2008